00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 12:47 21 2 dəq oxuma
Siyasət

Ukraynanın hücumlarından Rusiyada 38 mülki şəxs həlak olub

Ukraynanın hücumlarından Rusiyada 38 mülki şəxs həlak olub

 

Ukraynanın son bir həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində Rusiyada 38 mülki şəxs, o cümlədən bir uşaq həlak olub, 270 nəfər isə yaralanıb.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, son bir həftə ərzində Ukrayna tərəfinin hücumları nəticəsində ümumilikdə 308 mülki şəxs zərər çəkib. Həlak olanlar arasında bir uşaq, yaralananlar arasında isə səkkiz azyaşlı var. Ən çox mülki itki Belqorod, Zaporojye və Xerson vilayətlərində, həmçinin Donetsk və Luqanskda qeydə alınıb.

 


Miroşnik bildirib ki, mülki itkilərin 95 faizi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində baş verib.

 


O iddia edib ki, Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn tələblərinə əməl etməyərək tibb müəssisələri və təcili tibbi yardım avtomobillərini də hədəfə alıb. Belə ki, Donetskdəki Qorlovka şəhərində təcili yardım avtomobilinə PUA zərbəsi nəticəsində üç tibb işçisi, Zaporojye vilayətində isə analoji hücum zamanı daha üç tibb əməkdaşı yaralanıb. Xerson vilayətinin Semyonovka kəndində yerləşən kənd tibb məntəqəsinə də ziyan dəyib.

 


Diplomatın sözlərinə görə, Ukrayna qüvvələri dronlardan minaların yerləşdirilməsi məqsədilə də istifadə edib. Luqanskda 17 yaşlı yeniyetmə partlayıcının işə düşməsi nəticəsində yaralanıb. Kursk vilayətinin Rılsk şəhərində inzibati binanın yaxınlığında minanın partlaması dörd yerli məmurun və iki mülki şəxsin xəsarət almasına səbəb olub. Olqovka kəndi yaxınlığında isə 32 yaşlı traktor sürücüsü minaya düşərək yaralanıb.
Miroşnik əlavə edib ki, son bir həftə ərzində Ukraynadan Rusiya ərazisinə təxminən 5 min müxtəlif növ mərmi və sursat atılıb.


TASS
Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər