Ukraynanın Rusiyaya genişmiqyaslı PUA hücumu
Rusiyanın hava hücumundan müdafiə sistemləri 519 PUA-nı məhv edib. Krımda bir nəfər ölüb, Yaroslavlda iki nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Rusiya regionları və Azov dənizi üzərində Ukraynaya məxsus 519 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələrindən vurulub.
Krımın Kerç şəhərində mülki şəxs həlak olub, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mərkəzi Rusiyanın Yaroslavl şəhərində də iki mülki şəxs yaralanıb. Kaluqa vilayətində PUA zərbəsi nəticəsində sənaye obyektində yanğın baş verib. Leninqrad vilayətində isə Ust-Luqa və Vısotsk limanları yaxınlığında infrastruktura ziyan dəyib.
Nazirliyin bildirdiyinə görə, PUA-lar Belqorod, Pskov, Novqorod, Bryansk, Kursk, Oryol, Tula, Tver, Yaroslavl, Voronej, Smolensk, Kaluqa, Ryazan, Lipetsk, Rostov, Samara, Saratov, Volqoqrad, Leninqrad, Moskva və Krasnodar vilayətləri, həmçinin Krım və Azov dənizi üzərində vurulub.
TASS
Nuray Əliyeva