00:00:00
Yazar
Admin User
12.04.2023 12:03 250 1 dəq oxuma
Dünya

Ukraynaya növbəti hərbi dəstək Cənubi Koreyadan gəldi

Ukraynaya növbəti hərbi dəstək Cənubi Koreyadan gəldi

Cənubi Koreya ABŞ-a 500.000 mərmi "borc verdi". Bu qərar Ukraynaya silah tədarükünə kömək edəcək.

 

İnformator.az BBC Russian-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Donga Ilbo qəzetinin çərşənbə günü verdiyi məlumata görə, keçən ay Cənubi Koreya Birləşmiş Ştatlara 155 mm-lik artilleriya qurğuları üçün 500 000 patron verilməsi barədə razılığa gəlib. Bu isə Vaşinqtona Ukraynaya döyüş sursatının verilməsində daha sürətli davranma fürsəti verə bilər.

 

Qəzet adı çəkilməyən hökumət mənbələrinə istinadən yazır ki, mərmilər ABŞ tərəfindən ilk növbədə ehtiyatlarını artırmaq məqsədilə istifadə olunacaq.


Keçən il bu mərmilərdən 100.000-ni alan ABŞ hökuməti fevral ayında eyni məbləği və ya daha çoxunu almaq istəyirdi. Amma Cənubi Koreya hökuməti sursatları təmin etmək üçün başqa yol axtarırdı. Sonda onlara borc vermək qərarına gəldilər.

 

Həm Seul, həm də Vaşinqton artilleriya razılaşması üçün danışıqlar apardıqlarını təsdiqləsələr də, razılığın əldə edilib-edilmədiyi barədə rəsmi məlumat verilmir.

 

Xarici işlər naziri Pak Jin jurnalistlərə açıqlamasında qəzetin xəbərini təsdiq edə bilməyəcəyini deyib. Onu da əlavə edib ki, hökumətin Ukraynaya böyük miqyasda yardım göstərməsinə qarşı mövqeyi dəyişməz olaraq qalır.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər