"Ukraynaya əsas yardımı Avropa ölkələri etməlidir"
"Ukraynaya yardımda aparıcı rolu Avropa ölkələri oynamalıdır".
"İnformator.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker çıxış edib.
O qeyd edib ki, avropalılar öz qitələrində sülhün təmin olunmasında birbaşa maraqlı olmalıdırlar.
Qeyd edək ki, bu gün Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilib.