00:00:00
Yazar
Admin User
02.10.2025 11:20 168 1 dəq oxuma
Mədəniyyət

UNESCO-nun MONDIACULT 2025 Konfransı

UNESCO-nun MONDIACULT 2025 Konfransı

2025-ci ilin 29 sentyabr ilə 1 oktyabrı arasında Barselonada keçirilən MONDIACULT 2025 konfransı UNESCO təşəbbüsü ilə 160-dan çox beynəlxalq nümayəndəliyi bir araya gətirib.Bu tədbir mədəniyyəti ,insan haqqı və dayanıqlı inkişafın əsas hədəfi kimi təsdiqləyən mühüm bir mərhələ olub.

 

Konfransın yekununda qəbul edilən sənəd, mədəniyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) arasında ayrıca bir hədəf olaraq qəbul edilməsini təklif edib. Bu təklif səhiyyə və təhsil kimi sahələrlə eyni səviyyədə mədəniyyətin əhəmiyyətini vurğulayır.

 

Tədbirdə müzakirə olunan əsas mövzular arasında süni intellektin sənət yaradılışındakı rolu iqlim dəyişikliyi və müharibə dövründə mədəni və təbii irsin qorunması həmçinin sülh mədəniyyətinin təşviqi yer alıb.

 

Konfransda əldə edilən razılaşmaların həyata keçirilməsi üçün mədəniyyət sahəsindəki rəsmilər, vətəndaş cəmiyyəti nümayəndələri və gənclərin iştirakı ilə konkret addımların atılması zəruriliyi vurğulanıb. Bundan əlavə UNESCO oğurlanan mədəniyyət obyektlərini əks etdirən virtual bir muzey təqdim edib və ilk qlobal Mədəniyyət Hesabatını təqdim olunub.

 

MONDIACULT konfransı hər dörd ildən bir keçiriləcək və növbəti tədbir 2029-cu ildə Səudiyyə Ərəbistanında təşkil ediləcək. Mədəniyyətin bu səviyyədə qəbul edilməsi həmçinin Braziliyanın Amazon bölgəsində keçiriləcək COP30 tədbirində də önəmli bir mövzu olacaq.

 

Unesco

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər