00:00:00
Yazar
Cavahir Əsgərbəyli
19.05.2026 15:50 46 1 dəq oxuma
İqtisadiyyat

UNESCO rəsmisi: Azərbaycan şəhərlərin planlaşdırılmasında böyük təcrübəyə malikdir

UNESCO rəsmisi: Azərbaycan şəhərlərin planlaşdırılmasında böyük təcrübəyə malikdir

Azərbaycanda şəhərlərin planlaşdırılması və yerli iqtisadiyyatın gücləndirilməsi baxımından yüksək təcrübənin olduğu müşahidə edilir.

 

"İnformator.az" xəbər verir ki, bunu UNESCO-nun Kommunikasiya, Şəhərlər və Tədbirlər Bölməsinin rəhbəri Denise Bax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.

 

Onun sözlərinə görə, mədəniyyət inkişaf üçün ən fundamental məqamdır:

 

"Yaradıcı icmalar gələcək şəhər və şəhərçiliyin əsasını təşkil edir. Məhz bu icmalar gələcək şəhərlərdə baş verən dəyişikliyə münasibətdə dayanıqlılıq nümayiş etdirməlidir. Biz bu mənada Azərbaycanda şəhərlərin planlaşdırılması, yerli iqtisadiyyatın gücləndirilməsi baxımından yüksək təcrübənin olduğunu görürük. Bizim məqsədimiz bu kimi təcrübələri ümumiləşdirmək, təcrübə mübadiləsi aparmaq və vahid BMT yanaşması sərgiləməkdir".


UNESCO rəsmisi Bakını valehedici şəhər olmaqla yanaşı, həm də mədəni-yaradıcı sənaye mərkəzi kimi görmək istədiyini də diqqətə çatdırıb.

 

#azərbaycan #şəhərlərin #rəsmisi: #unesco
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər