00:00:00
Yazar
Admin User
20.01.2026 09:59 56 1 dəq oxuma
Dünya

Uoburn Abbatlığının 9 milyon funtluq rəsminə müvəqqəti ixrac qadağası

Uoburn Abbatlığının 9 milyon funtluq rəsminə müvəqqəti ixrac qadağası

Bedfordşirdə yerləşən Uoburn Abbatlığının kolleksiyasına aid olan və 9 milyon funt sterlinq dəyərində qiymətləndirilən rəsm əsərinə müvəqqəti ixrac qadağası tətbiq edilib. Fransız rəssamı Klod Lorranın təxminən 1640-cı ildə Romada çəkdiyi “Kənd rəqsi ilə mənzərə” adlı tablo abbatlığın uzunmüddətli bərpa və qoruma işlərini maliyyələşdirmək məqsədilə satışa çıxarılıb.

 

Abbatlığın idarəçiləri bildiriblər ki, bu qərar yeddi il davam edən genişmiqyaslı təmir və konservasiya layihələrinin davam etdirilməsi üçün atılmış addımdır. Uoburn Abbatlığı 2019-cu ildən bəri ziyarətçilər üçün bağlıdır və aparılan işlər zamanı binanın damının pis vəziyyətdə olması kimi gözlənilməz problemlər ortaya çıxıb.

Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Departamenti isə ixrac qadağasının tətbiq olunmasının məqsədinin rəsmin ölkədə saxlanılmasına şərait yaratmaq olduğunu açıqlayıb. Qurumun fikrincə, əsər yüksək estetik və tarixi əhəmiyyətə malikdir və Klod Lorranın yaradıcılığının öyrənilməsi baxımından xüsusi dəyər daşıyır.

Rəsm əsərinin ixrac lisenziyası ilə bağlı yekun qərarın 15 aprel tarixinə qədər verilməsi gözlənilir.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər