Urmiya gölü haqda sevindirici xəbər
Urmiya gölündə mövcud olan su miqdarı 2 milyard 890 milyon kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
"İnformator.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin sədri Məcid Rəstqari məlumat yayıb.
Bildirilib ki, son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması Urmiya gölünün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub.
Göldə canlanmanın güclü mövsümi yağışlarla da əlaqəli olduğunu deyən Rəstqari bunu gölün bərpası deyil, bərpa prosesinin başlaması adlandırıb.