Urmiyanın hava limanı fəaliyyətini bərpa edib
Urmiyanın Şəhid Bəkri Hava Limanında uçuşlar 58 gün fasilədən sonra bərpa olunub.
"İnformator.az" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, bu gün Tehrandan Urmiyaya uçuş yerli vaxtla saat 7:30-da, Urmiyadan Tehrana isə saat 9:30-da həyata keçirilib.