00:00:00
Yazar
Admin User
20.04.2023 12:37 299 1 dəq oxuma
Dünya

"Uşaq peyvəndləri gələcəkdə ölümlərə səbəb ola bilər"

"Uşaq peyvəndləri gələcəkdə ölümlərə səbəb ola bilər"

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Kovid-19 dövründə dünyada uşaq peyvəndlərinə inamın azaldığını bildirib.


İNFORMATOR.AZ Qərb mediasına istinadən xəbər verir ki, UNICEF "Dünya Uşaqlarının Vəziyyəti 2023: Hər Uşaq üçün Peyvənd" adlı hesabatını dərc edib.


Hesabatda 2019-2021-ci illərdə 67 milyon uşağın peyvənd olunmadığı, 48 milyon uşağın isə ümumiyyətlə peyvənd olunmadığı bildirilib.

Uşaqların peyvənd nisbətlərinin azalmasında əsas amillərin təzyiq altında olan sağlamlıq sistemləri, resursların azalması və başqa yerlərə ötürülməsi, qarşıdurma və inamın azalması olduğu bildirilən hesabatda etimadın azaldığı vurğulanıb. Kovid-19 dövründə uşaq peyvəndləri yüzdə 44 azalıb.
Hesabatda, araşdırmanın aparıldığı 55 ölkədən 52-də uşaq peyvəndlərinin əhəmiyyəti ilə bağlı qavrayışın və inamın azaldığı bildirilib.


Bunun bir böhran olduğuna diqqət çəkən hesabat, hökumətləri peyvənd maliyyələşdirməsini artırmağa və xəstəliyin yayılmasının qarşısını almaq və uşaqları qorumaq üçün lazımi qaynaqları təmin etməyə çağırıb.

UNICEF-in İcraçı Direktoru Ketrin Rassel deyib:

 

“Biz adi peyvənddən asılılığın pandemiyanın qurbanı olmasına icazə verə bilmərik”.

 

Bu vəziyyətin həyəcan verici olduğuna diqqət çəkən Russell belə davam edərsə peyvəndlə qarşısı alına biləcək xəstəliklərin uşaq ölümlərinə səbəb ola biləcəyi xəbərdarlığını edib.

 

Fatimə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər