00:00:00
Yazar
Asiman Vəliyeva
06.04.2026 19:18 70 2 dəq oxuma
Sosial

Uşaqları qorumaq: SIM kart məhdudiyyəti, yoxsa rəqəmsal qalxan?

Uşaqları qorumaq: SIM kart məhdudiyyəti, yoxsa rəqəmsal qalxan?

Rəqəmsal dünya artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Smartfonlar, planşetlər və sosial media platformaları onların həm öyrənmə, həm də ünsiyyət imkanlarını genişləndirsə də, bu mühit eyni zamanda ciddi risklər də yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində İT üzrə mütəxəssis Elvin Həsənov bildirir ki, məsələyə daha real yanaşdıqda, uşaqları rəqəmsal mühitdən tamamilə uzaqlaşdırmağın nə mümkün, nə də düzgün olduğu aydın görünür:

 

“Əsas məsələ uşaqları qorumaqdır. Lakin bunu yalnız qadağalarla deyil, ağıllı nəzarət və düzgün istiqamətləndirmə ilə həyata keçirmək lazımdır. Valideynlərin ata biləcəyi ən vacib addımlardan biri nəzarəti gizli yoxlama formasında deyil, açıq və aydın qaydalar üzərində qurmaqdır. Uşağın istifadə etdiyi cihazda ekran vaxtına məhdudiyyət qoyulması, hansı tətbiqlərdən istifadə edə biləcəyinin müəyyənləşdirilməsi, naməlum şəxslərlə ünsiyyətin məhdudlaşdırılması və cihaz ayarlarının mütəmadi yoxlanılması olduqca vacibdir. Bununla yanaşı, valideyn uşağa bu məhdudiyyətlərin səbəblərini də izah etməlidir. Sadəcə “olmaz” demək kifayət etmir. SIM kart üzərindən tətbiq olunan məhdudiyyətlər müəyyən dərəcədə faydalı olsa da, bu, tam qoruma təmin etmir. Məsələn, zənglərə, SMS-lərə və mobil internetə nəzarət etmək mümkündür. Lakin uşaq Wi-Fi olan istənilən məkanda yenidən internetə çıxış əldə edə bilər. Bu səbəbdən, daha effektiv yanaşma rəqəmsal nəzarət alətlərindən istifadədir. “Rəqəmsal qalxan” dedikdə valideyn nəzarəti tətbiqləri, tətbiq və məzmun filtrləri, eləcə də YouTube və digər sosial şəbəkələrdə yaşa uyğun məhdudiyyətlər nəzərdə tutulur. Ancaq ən vacib məqam ondan ibarətdir ki, ən güclü təhlükəsizlik vasitəsi hər hansı proqram deyil, istifadəçinin özüdür. Uşağa öyrədilməlidir ki, şəxsi məlumatları paylaşmaq olmaz, tanımadığı linklərə daxil olmaq risklidir və qarşısına çıxan hər məlumata inanmaq düzgün deyil. Bu vərdişlər formalaşmadığı halda, heç bir texniki məhdudiyyət uzunmüddətli nəticə verməyəcək".


Ədilə Hüseynzadə

#qalxan? #sim #qorumaq: #kart #yoxsa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər