Uşaqların inkişafında idmanın rolu
İdmanın insan sağlamığında rolu danılmazdır. Həm fiziki, həm də psixoliji inkişaf üçün vacib amillərdən sayılır. Elecədə uşaqların sağlam böyüməsinədə təsiri var.
Mövzu ilə bağlı pediatr Qoşqar İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, istər valideyin seçimi, istərsə də sərbəst seçim olsun, seçimlərə balanslı yanaşmaq lazımdır:
"Uşaqlar əsasən idmana 2-3 yaşlarından sonra başlamalıdır. Üzgüçülük kimi idman növlərinə isə 6 yaşdan sonra başlanması daha məsləhətlidir. Həm valideyin razılığı, həm də uşağın istəyinə uyğun seçim edilməlidir. Tək tərəfli seçim olduqda bir qədər balans pozula bilər və problemlər yaranar. Məsələn məcburi seçim olsa, uşaqların bu zaman idmana qarşı həvəsi azalacaq. Hətta idmanı atada biləcək səviyyə belə gələ bilərlər. Uşaqın öz istəyinə qalsa, bu zamanda hər hansısa təhlükəli idmanla məşğul ola və zərər görə bilərlər. Buna görə də balans burada çox önəmlidir. Həm komanda şəkilində, həm də fərdi idman növlərinin öz üstünlükləri var. Fərdi idman növləri əsasən introvert uşaqlar üçündür. Yəni özünə inam və koordinasiyanı artırmaq üçün fərdi idman növlərini seçmək olar. Komanda şəkilində idman növlərinin isə üstünlükləri liderlik qabliyyətin artırılması, sosiallaşmanın gücləndirilməsi baxımından çox yaxşıdır. Xüsusilə də ekstrovert uşaqlar üçün düzgün seçimdir".
Samirə Allahverdizadə