00:00:00
Yazar
Admin User
26.04.2023 08:15 437 2 dəq oxuma
Dünya

ÜST xəbərdarlıq edir – Hindistan istehsallı dərman ölüm yayır

ÜST xəbərdarlıq edir – Hindistan istehsallı dərman ölüm yayır


Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda hazırlanmış öskürək siropunun ölümə səbəb olacağı ilə bağlı xəbərdarlıq edir.

İNFORMATOR.AZ BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Marşal Adaları və Mikroneziyada Hindistanda hazırlanmış öskürək siropunun zərərli nümunəsinin tapıldığını bəyan edib.

ÜST bildirir ki, Pəncabda yerləşən bir firmanın hazırladığı “Guaifenesin TG” adlı öskürək siropunun sınaqdan keçirilmiş nümunələrində "qəbuledilməz miqdarda dietilen qlikol və etilen qlikol" aşkar edilib. Yayılan məlumatda bu iki birləşmənin insanlar üçün zəhərli olduğu, hətta ölümə gətirib çıxardığı qeyd olunur.


BBC istehsalçı firmanın da məsələyə münasibətini öyrənib. Şirkət direktoru Sudhir Pathak aidiyyatı orqanların icazəsi ilə 18 mindən artıq dərman şüşəsinin Kambocaya ixrac edildiyini açıqlayıb.
ÜST isə bəyan edir ki, Hindistan hökuməti son xəbərdarlığa da reaksiya verməyib. Nə qeyd olunan istehsalçı, nə də marketoloq bu məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı ÜST-ə zəmanət verib.

Son zamanlar dünyanın ən böyük dəman ixracatçısı olan Hindistan istehsalı bir çox dərmanın keyfiyyəti ilə bağlı şübhələr var. Dərman istehsalında istifadə olunan zərərli üsullar ilə bağlı mütəxəssislərin narahatlıqları getdikcə artır.


Ötən ilin oktyabrında ÜST Hindistana məxsus bir dərman barədə də qlobal xəbərdarlıq elan etmişdi. ÜST Qambiyada böyrək problemlərinə görə baş verən uşaq ölümlərini “Maiden Pharmaceuticals”ın hazırladığı dörd öskürək siropu ilə əlaqələndirmişdi. Həm Hindistan hökuməti, həm də Maiden Pharmaceuticals şirkəti bu iddiaları təkzib etmişdi.

 

Nəzrin

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər