00:00:00
Yazar
Admin User
30.09.2025 19:21 161 1 dəq oxuma
Mədəniyyət

"Üzeyirin ecazkar dünyası" kitabı təqdim edilib

"Üzeyirin ecazkar dünyası" kitabı təqdim edilib

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Üzeyirin ecazkar dünyası” adlı interaktiv kitabın təqdimat mərasimi keçirilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, təqdimat mərasimi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutub.

 

Kitab şagirdlər, müəllimlər, valideynlər üçün nəzərdə tutulub və həm fərdi, həm də kollektiv şəkildə istifadəyə uyğundur.

 

Topluya musiqili rebuslar, krossvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib.

 

Kitab Azərbaycanda musiqi tədrisinə oyunlaşdırma (qeymifikasiya) prinsipinin tətbiqinə dair ilk nümunələrdən biridir. Bu yanaşma şagirdlərdə analitik və tənqidi düşüncənin inkişafına, biliklərin daha asan mənimsənilməsinə şərait yaradır.

 

Layihənin ən yenilikçi cəhətlərindən biri isə kitabın virtual muzeylə müşayiət olunmasıdır. Oxucular kitabda yerləşdirilən QR-kod vasitəsilə Üzeyir bəyin həyat və yaradıcılığına həsr olunmuş rəqəmsal platformaya keçid əldə edirlər. Virtual muzey interaktiv təqdimat, eksponatlar və əlavə məlumatlarla zəngindir.

 

Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası, “Musiqi Dünyası” Elektron Nəşrlər Mərkəzi və “Azərbaycan Nəşriyyatı” MMC tərəfindən hazırlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər