Vərəsə yoxdursa, əmlak kimə çatır?
Azərbaycanda bir çox vətəndaş yaşayış mənzillərini rəsmiləşdirərkən və ya miras qoyarkən vəsiyyətnamə tərtib etməyə ehtiyac duymur. Lakin mülkiyyətçinin vəfatından sonra 'vərəsəlik kağızı' (vəsiyyətnamə) olmadıqda, evin kimin adına keçməsi və ailə üzvləri arasında pay bölgüsü ciddi suallar doğurur. Qanunvericilik bu halda 'növbəlilik' prinsipini tətbiq edərək, mirasın taleyini müəyyənləşdirir. Bəs, vəsiyyət olmadıqda üstünlük kimə verilir?
Məsələ ilə bağlı hüquqşünas Amid Əsgərov “İnformator.az”a açıqlama verib:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1165.1-ci maddəsinə əsasən, əgər qanun üzrə, vəsiyyət üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr mirasdan imtina edibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir”.
Güllər Gülhüseynova