Vətəndaş "Jek"ə pul ödəməlidirmi ?- RƏSMİ AÇIQLAMA
Vətəndaşları çaşbaş salan bir sual var. Ödənişlər Mənzil-Kommunal İstismar Sahəsinə, yoxsa bələdiyyəyə ödənilməlidir? Və bu ödənişlərin məbləği nə qədər olmalıdır?
Mövzu iə bağlı 60 saylı mənzil kommunal istismar sahəsi ilə əlaqə saxladıq. Sahə rəisi bildirdi ki, biz ümumi evin ümumi sahəsinə görə 2 qəpikdən mənzil kirayəsi, adam başı 1 manatdan da zibil pulu yığılır:
“Başqa hər hansı bir vəsait yığılmır. Ödəniş edərkən vətəndaş çek verilir. Hətta elə olur mən qabaqcadan möhürləyib hazır çekdə qoyuram”.
Məsələ ilə bağlı Yasamal Bələdiyyəsinin şöbə müdiri Rəşid Muradov “İnformator.az”a açıqlamasında bildirib ki, verginin hesablanması mənzilin sahəsinə görədir:
“Zonalar var, ona uyğun hesablanır. Bizim rayon üzrə ən aşağı ödəniş məbləği 10-cu zonadadır. Yeni Yasamal ərazisi burada ödəniş 32 qəpikdir. Ən çox isə şəhər mərkəzindədir, burada isə 56 qəpik ödənilir”.
Milli Məclisin deputatı Tahir Mirkişili “İnformator.az”a bildirib ki, qanunvericiliyə əsasən vətəndaşlar istifadə etdiyi əmlaka görə vergiləri yalnız yerli bələdiyyə orqanlarına ödəməlidirlər:
“Fiziki şəxslər istifadə etdiyi kommersiya və qeyri-kommersiya sahələrinə görə vergiləri, eyni zamanda istifadə etdikləri torpaq sahəsinə görə vergiləri ödəyirlər. Bu vergilər qanunvericilikdə yerli vergilər adlanır və yalnız bələdiyyə orqanlarına ödənilməlidir. Lakin Mənzil Komunal İstismar sahəsinə də qanunda müəyyən olunduğu kimi məişət tulantıları üçün ödəniş edilməlidir".
Qərara əsasən məişət tullantılarının daşınması üçün xidmət haqqı aylıq 1 adama görə 1 manat, istismar yığımı isə 1 kvadratmetr üzrə illik 24 qəpik olmaqla Mənzil Kommunal İstismar Sahələrinə ödənməlidir.