00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
16.10.2026 23:07 30 1 dəq oxuma
Araşdırma

Vaşinqtondan gözlənilməz qərar: Yunanıstandakı səfirə istefa tələbi

Vaşinqtondan gözlənilməz qərar: Yunanıstandakı səfirə istefa tələbi

 

ABŞ administrasiyası Yunanıstandakı səfiri Kimberli Gilfoyldan vəzifəsindən istefa verməsini tələb edib. Bu barədə Ağ Ev məlumat yayıb. Hadisənin səbəbləri və qərarın iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi diqqət çəkir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, bu cür hadisələri dövlətlərarası münasibətlərdə problem deyil, diplomatik nümayəndəliklərlə bağlı məsələ kimi qiymətləndirmək daha doğrudur:

 

"Beynəlxalq münasibətlərdə zaman-zaman bu cür mübahisələr yaranır.Bu baxımdan, ABŞ və Yunanıstan arasındakı münasibətlərdə yaranmış vəziyyətin ciddi böhrana səbəb olacağı ehtimalı yüksək deyil. Belə məsələlər, adətən, diplomatik danışıqlar və qarşılıqlı razılaşmalar vasitəsilə həll olunur. Dövlətlər arasında mövcud koordinasiya mexanizmləri də bu prosesə öz təsirini göstərir.
Bəzən bu cür hallar şəxsi maraqlardan, bəzən isə dövlətlərin maraqlarından irəli gəlir. Hər iki halda onlar ölkələrin beynəlxalq nüfuzuna müəyyən dərəcədə mənfi təsir göstərə və həmin dövlətlərin fəaliyyəti ilə bağlı şübhələr yarada bilər".

Ayan Məmmədzadə

#səfirə #yunanıstandakı #yeni #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər