Vasitəçilərin atəşkəs səylərinə müsbət yanaşmağa açığıq
Həmas, İsrailin Qəzza zolağında davam etdirdiyi soyqırımı dayandırmaq məqsədilə hərtərəfli razılaşmaya nail olmağa çalışan vasitəçilərin səylərinə və hər cür ciddi təklifə müsbət yanaşmağa açıq olduğunu bəyan edib.
Həmas tərəfindən yayılan yazılı açıqlamada qeyd olunub: “Vasitəçilərin səylərinə və xalqımıza qarşı aparılan hücumların və soyqırımı müharibəsinin dayandırılmasını təmin edəcək hər cür ciddi fikir və ya təklifə qarşı müsbət mövqeyimizi davam etdirdiyimizi vurğulayırıq”.
Açıqlamada bildirilib ki, istənilən razılaşma “daimi atəşkəsi, İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasını, təcili humanitar yardımın təmin edilməsini, yenidənqurmanın başlanmasını və ciddi bir əsir mübadiləsi razılaşmasına nail olunmasını” əhatə etməlidir.
Həmas-ın açıqlamasında bu günə qədər razılaşmanın əldə olunmamasına görə tam məsuliyyətin İsrailin baş naziri Benyamin Netanyahunun və onun hökumətinin üzərində olduğu bildirilib.
TRT HABER
Solmaz Muradova