00:00:00
Yazar
Admin User
03.11.2023 12:58 417 3 dəq oxuma
Sosial

Vaxt var idi, abituriyent sayına görə hüquq və jurnalistika yarışırdı, amma indi

Vaxt var idi, abituriyent sayına görə hüquq və jurnalistika yarışırdı, amma indi

“İnkişaf edən xarici ölkələrə nəzər salsaq, “Jurnalistika” ixtisası yüksək səviyyədə tədris edilir. Xarici ölkələrdə “Jurnalistika” ixtisasını tədris edənlər azı 40 yaş və üstü müəllimlərdir. Hansı ki, bu şəxslər media sahəsində bəlli uğur qazanan, tanınmış, yüksək mükafatlara layiq görülən, peşəkar insanlardır. Onlar tələbələrə işin praktik tərəflərini öyrədirlər. Eyni zamanda praktik nəticələrin ümumiləşdirilməsi olan təcrübəni öyrənən də məhz həmin şəxslərdir. Nisbətən gənc müəllimlər də ola bilər ki, onlarda təcrübə yox, akademik bilgi nəzərə alınır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli söyləyib. Ekspertin sözlərinə görə, aparıcılığın belə müxtəlif qolları var.

 

“Məsələn, spiker, moderator. Bunların hər birinin öz şərtləri var, qanun-qaydaları var. Məsələn, insanlar müəyyən yaşa gəlib, kifayət qədər təcrübə əldə etdikdən sonra qərarlaşdıra bilərlər ki, jurnalistikanın hansı yönündə irəliləsinlər. Media praktikasında hər kəs ilk xəbər reportyorluğundan başlayır. Bəlli müddət keçdikdən sonra isə həmin şəxslər redaktor, yaxud televiziya və radio sahələrində prodüser kimi fəaliyyət göstərirlər”.

 

Ekspert deyir ki, prodüserlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər müəyyən tələblərə riayət etməlidirlər.

 

“Hansı ki, onlar konkret maliyyə qazana bilən, uyğun komandanı yığmağı bacaran, nəyə can atdığına bələd olan, auditoriyanı öyrənən, hazırlayacağı veriliş barədə təsəvvür formalaşdıran kəslər olmalıdır”.

 

Zeynal Məmmədli düşünür ki, medianın cəmiyyətdəki nüfuzu getdikcə aşağı düşür.

 

“Azərbaycan mediasını götürsək, burda çalışmaq üçün ali təhsilin olması belə vacib deyil. Təəssüf ki, mühəndislik ixtisasında belə 8 illik təhsil kifayət edir. İnsanlar qabaqcıl təcrübədən faydalanmırlar. Yəni, jurnalistikada təcrübədə nəyisə öyrənmək heç də ağlabatan deyil. Bu sadəcə yayılan şəhər əfsanəsidir. Sən təcrübəyə universitetdən gedirsənsə, deməli sən təcrübədə qazandığından belə çox, ən yeni biliklə praktikaya gedirsən. Praktikada yaşlandıqca da, etik kateqoriyalarla bağlı, hansısa mövzunu jurnalist etikası çərçivəsində necə idarə etməklə əlaqədar təcrübələrə nail olursan”.

 

Z.Məmmədli qeyd edir ki, jurnalistikada xəbər qaynaqları, əsasən, obyektivlik adı ilə tanınır.

 

“Biz bu halda jurnalist olaraq, gerçəklə - gerçəklik, olayla - fakt arasındakı uyğunluqla, müəyyən fərqləri aydınlaşdırmalıyıq. Məsələn, hadisə miladdan əvvəl baş versə belə, jurnalist həmin xəbərə mütləq yenilik qatmalıdır. Yəni, jurnalist Çin sədddini görməyi bacarmalıdır. Gerçəklik ağ-qara təsvir deyil. Jurnalistikada gerçəklik, sanki çox rəngli təsvirdir. Biz gerçəkliyi ağ-qara versək, olayları təhrif edəcəyik, nəticədə adımız təbliğatçıya qədər gedib - çıxacaq. Jurnalistin ali məqsədi sadə insanların, sadə vətəndaşların marağına xidmət etməkdir. Biz çörəyimizi də, suyumuzu da onlardan almalıyıq. Buna görə də ölkədə sərbəst bazar olmalıdır”.

 

Zeynal Məmmədlinin sözlərinə görə, jurnalistikanın nüfuzunun aşağı düşdüyü tale, hüquq fakültəsini də gözləyir.

 

“Vaxt var idi, abituriyent sayına görə hüquq və jurnalistika yarışırdı, amma indi hüquq öndə gedir. Düşünürəm ki, yaxın gələcəkdə hüquq fakültəsinə olan maraqlar da azalacaq. Hardakı inhisar var, cəmiyyəti mənafeyə sürükləyirlər orada gerçək jurnalistika, gerçək qanunlar işləmiyəcək”.

 

Media eksperti deyir ki, inşa yazdıranda kimsə gözəl yazırsa, bu o demək deyil ki, o jurnalist kimi formalaşa bilər.

 

“Jurnalistikada gözəl yazmaq yox, doğru yazmaq önəmlidir. Doğrunu kələ-kötür yazmaq, yalanı gözəl yazmaqdan birmənalı şəkildə üstündür. Bizim dövrümüzdə 4 il müddətdə, bütün kurslar üzrə praktika keçirilirdi. Universitetlər praktika müəlliminə əməkhaqqı ödəməli, əlavə vəsait ayırmalıdır”.

 

Müsahib sonda deyir ki, bizim universitetlər təhsil haqqından başqa maliyyə qaynağı tapa bilmir.

 

“Təhsil haqqını qaldırmaqlı, insanların təhsil səviyyəsini qaldırmaq arasında uçurum olduqca, irəli getmək mümkün olmayacaq. İndiki təhsil şəraitində jurnalistika fakültəsindən daha artıq şeylər gözləmək əbəsdir”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər