00:00:00
Yazar
Admin User
16.01.2026 08:49 62 1 dəq oxuma
Dünya

Venesuelanın yeni lideri ABŞ-ni tənqid edib, Trampın adını isə çəkməyib

Venesuelanın yeni lideri ABŞ-ni tənqid edib, Trampın adını isə çəkməyib

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-nin siyasətini tənqid edib və ölkənin suverenliyinin qorunmasına çağırıb.

 

“İnformator.az”ın xəbərinə görə, bu barədə “CNN” telekanalı məlumat verib.

 

“Bütün Venesuela təhlükə altındadır və buna görə də mən milli birliyə çağırıram ki, suverenliyi birinci yerə qoyaraq, diplomatik mübarizə aparaq”, - deyə Rodriges bildirib.

 

O, ABŞ-nin hərəkətlərini qiymətləndirərkən “cinayətkar iqtisadi blokada”, “iqtisadi müharibə” və “enerjidaşıyıcılarını ixrac edən ölkənin mühasirəyə alınmasına yönəlmiş dəniz blokadası” kimi ifadələrdən istifadə edib. Lakin buna baxmayaraq, D.Rodriges çıxışında bir dəfə də olsun birbaşa ABŞ Prezidenti Donald Trampdan bəhs etməyib, onun adını çəkməyib və sadəcə ümumiləşdirilmiş sözlərlə kifayətlənib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər