00:00:00
Yazar
Ayan Sədi
29.06.2026 15:01 19 1 dəq oxuma
Maraqlı

Verilən çəki niyə geri qayıdır? – Dietoloqdan xəbərdarlıq

Verilən çəki niyə geri qayıdır? – Dietoloqdan xəbərdarlıq

Pəhrizdən sonra normal qidalanma rejiminə keçid düzgün aparılmadıqda verilən çəkinin yenidən geri qayıtması qaçılmaz ola bilər. Mütəxəssislər bildirirlər ki, pəhriz sadəcə müəyyən müddət davam edən məhdudiyyət deyil, sağlam qidalanma vərdişinin formalaşdırılması prosesidir.

 

Bu barədə "İnformator.az"-a açıqlamasında dietoloq Məhəmməd Abdullayev bildirib ki, pəhrizə başlamazdan əvvəl insanın boyu, çəkisi və gündəlik kalori tələbatı hesablanır, daha sonra həmin göstəricilərə uyğun kalori kəsiri yaradılır.

 

"Hazırlanan qidalanma proqramı balanslı və müxtəlif qidalardan ibarət olmalıdır. Rasionda zülal, yağ və karbohidrat balansı qorunmalı, qidalanma müxtəlif olmalıdır. Əgər pasiyent bu qidalanma ilə özünü gümrah, enerjili və rahat hiss edirsə, pəhriz bitdikdən sonra da eyni prinsiplərlə qidalanmağa davam etməlidir. Bu, ömürlük bütün sevdiyi qidalardan imtina etmək demək deyil".

 

Dietoloqun sözlərinə görə, zaman-zaman şirniyyat və digər sevilən qidaların qəbul edilməsi problem yaratmır. Əsas məsələ onların gündəlik vərdişə çevrilməməsidir.

 

M. Abdullayev vurğulayıb ki, pəhriz müddətində formalaşan düzgün qidalanma modeli sonrakı həyat tərzinə çevrilməlidir:

 

"Pasiyent iki ay ərzində artıq çəkidən azalıb, sağlamlıq göstəricilərini normallaşdırdıqdan sonra əvvəlki qeyri-sağlam qidalanma rejiminə qayıdarsa, itirdiyi çəkini yenidən geri alacaq. Buna görə də insan düzgün qidalanma ilə bağlı kifayət qədər maariflənməli və gələcəkdə hansı addımları atacağını bilməlidir".

 

Təhminə Abdurəhimova

#azərbaycan #dietoloqdan #niyə #qayıdır? #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər