Videodakı hallar, şiddətdir, müalicə deyil
İnformator.az xəbər verir ki, ötən günlərdə sosial şəbəkələrdə özünü psixoloq-loqoped kimi təqdim edən Aygün adlı istifadəçinin paylaşımı müzakirələrə səbəb olub. o, fiziki məhdudiyyətli uşaqlarla bağlı yersiz ifadələr işlədib. Xanım istifadəçi Twitterdə "Qüsurlu uşaqlarla işləməyin ən pis tərəfi odur ki, ağzına gələni deyir, hətta söyüş söyür, vurub ağzını qıra bilmirsən. Adı üstündə – qüsurlu. Partlaya-partlaya qalırsan”, deyə yazıb.Onun bu sözləri birmənalı qarşılanmayıb. Aygünün yazdıqları müzakirəyə çıxarılıb və tənqid olunub.
İnformator.az məsələ ilə bağlı araşdırma edib.
“İlk növbədə uşaq danışmırsa, onun hansı səbəbdən danışmadığını aydınlaşdırmaq lazımdır. Bəzən valideynlər uşaqlar danışmadığı zaman, onu yalnız loqopedə aparırlar. Düşünürlər ki, loqoped onu danışdıracaq, amma belə deyil. Danışmayan uşağı birinci psixoloqa aparmaq lazımdır, hətta ondan əvvəl də psixiatra aparmaq lazımdır, ki, psixiatr, nevroloq baxsın, görsün ki, bu uşaqda hansı prosess gedib ki, bu uşaq danışmır”.
Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova söyləyib. Psixoloqun sözlərinə görə, normal uşaqda danışmama səbəbi televiziya asılılığı, ana qayğısızlığı və həddən artıq şirin qidadır.
“Amma bəzi sindromlar var ki, daum sindiromu, autizm, psixi inkişaf ləngiməsi və s. bu tip xəstəliklərdən əziyyət çəkən uşaqlarda danışmama və yaxud da gec danışma kimi hallar ola bilir. Amma bu qavrama baxımdan geridə qalır və əmrlərə tabe olmaqda çətinlik çəkir. Yəni orada xanım düzgün belə izah edə bilmir, uşağa düzgün məkan təsəvvürlərini verə bilmir. Komandaları da uşaqlara qışqıraraq öyrətmək olmaz”.
Psixoloq deyir ki, biz uşaqlara nəyisə qorxu və şiddətlə öyrətsək, bir müddət sonra qorxunun və şiddətin olmadığı yerdə onlar da olmayacaq.
“Ona görə də uşağa hər şeyi sevərək öyrətmək lazımdır. Bu gün, mən Gülnar Orucova, mən elə də sıradan bir insan deyiləm amma özümü tiktok və instagram vasitəsilə uşaqları çəkərək tanıtmıram. Mən də istəsəm, kiminsə uşağına seanslar keçərkən canlı açıb göstərə bilərəm. Amma mən bunu etmirəm. Yəni bunu düzgün edənlərə də pis baxmıram. Amma o uşağa şiddət göstərir. O deyir ki, loqopedlərin çoxu texnikom bitirmişlərdir, lakin bu gün o qədər çox universitet diplomlu loqopedlər var ki, onlar olduğu yerdə heç rəhbərlik texnikomu bitirənləri işə almır”.
Gülnar Orucova düşünür ki, təcrübəsi olmayan insanları da işə almırlar.
“Bu mütəxəssislərin işə alınmasındakı səbəb, onların daha az faizə işləməsidir. Məsələn mən özüm öz mərkəzimdə işləsəm də, başqa şirkətlərlə əməkdaşlıq edirəm və bu zaman heç də az məbləğ demirik, çünki bizim adımız artıq tanınır. Yəni ən azından sistemdə bizim adımız çıxır, tanınır”.
Gülnar Orucovanın sözlərinə görə, az faizə çalışan bu işçilər isə daha çox öyrətmək yox öyrənmək məqsədilə işləyir.
“Valideynlər buna icazə verməməlidir. Valideynlər isə bu mərkəzlərdən kənarlaşdırılır, lakin onlar dərsi, seansı izləməlidir. Hər kəs kamera altında çalışmalıdır və valideynlər də o dərslərə nəzarət etməlidir. Biz məsələn, valideynlərə hansı proqramı keçdiyimizi də izah edirik, siz orda övladınızı görə, izləyə bilərsiniz. Sizə nə etməli olduğunuzu, necə davranmalı olduğunuzu da danışırıq. Bu belə olmalıdır”.
Müsahib düşünür ki, valideynlər də bu prosesin içində olmalıdır.
“Videodakı hallar, şiddətdir. Müalicə halı deyil. Valideynlər də buna qarşı həssas yanaşmalıdırlar. Bundan əvvəl də bir loqoped uşağa təpik vurmuşdu, onu çıxartdılar, mərkəzi bağladılar. Amma sonra mərkəz yenidən açıldı, həmin adam işinə davam etdi, Bu cür vəziyyətlərə nə qədər ki gözüyumulu baxılır,bu davam edəcək. Valideyn və qarşı tərəf anlaşırsa, hüquq mühafizə xidmətləri, şikayət yoxdursa nəyə baxsınlar? Deyildi ki, nə bilim, qohumum idi, ona görə vurmuşam və s. Söhbət itdi, bitdi, getdi. Halbuki uşağı göz görə-görə döyürdülər”.
Psixoloq qeyd edir ki, uşaqla eyni zamanda loqoped, psixoloq həm də həkim işləməlidir.
“Bir mütəxəssisin canlıya girərək uşağa o şəkildə hər hansı bir seans keçməsi doğru deyil. Bu gün biz onları tənqid atəşinə tutmalıyıq. Mən hər zaman hansısa mütəxəssis, işindən yetəri qədər məvacib alırsa o işini sevərək çalışır. Sevmədiyiniz işlərdə işləməyin. Məvacib sizləri qane etmirsə, işləməyin. Sizin kiminsə uşağına əziyyət etməyə haqqınız yoxdur”, - deyə psixoloq əlavə edib.
Gülay Qəribova
