00:00:00
Yazar
Admin User
05.02.2026 17:56 52 2 dəq oxuma
Maraqlı

Vikinqlərin min illik mesajları İsveçdə üzə çıxır

Vikinqlərin min illik mesajları İsveçdə üzə çıxır

 


İsveçdə Viking dövrünə aid run daşları yazıldıqdan min il sonra da üzə çıxmağa davam edir və bu daşlar sevgi, itki, müharibə və gündəlik həyatla bağlı maraqlı hekayələri üzə çıxarır. Runoloq Maqnus Källströmün sözlərinə görə, bu daşlar çox vaxt təsadüfən əkin sahələrində, yol tikintisi zamanı və ya köhnə binaların altında tapılır.

 

Run yazısı təxminən 2 min il əvvəl Şimali Avropada yaranıb və əsasən daş, ağac və sümük üzərinə həkk olunub. Viking dövründə (800–1050-ci illər) run daşları xüsusilə məşhur olub və əsasən ölən şəxslərin xatirəsinə ucaldılıb. Bu daşlar bəzən “Viking dövrünün sosial şəbəkələri” kimi də xarakterizə olunur.

Run yazıları təkcə xatirə məqsədi daşımayıb, eyni zamanda sevgi etirafları, zarafatlar və tapmacalar üçün də istifadə olunub. Bəzi yazılarda “məni düşünürsənmi?”, “səni sevirəm” kimi şəxsi mesajlara rast gəlinir.

Alimlərin diqqətini çəkən ən məşhur nümunələrdən biri Rök run daşıdır. IX əsrə aid olan bu daş dünyanın ən uzun run mətninə malikdir. Son araşdırmalara görə, bu yazı təkcə mifoloji hekayələrdən deyil, həm də həmin dövrdə yaşanan iqlim dəyişiklikləri və insanların bu vəziyyət qarşısında keçirdiyi qorxulardan bəhs edə bilər.

Mütəxəssislər run daşlarının Vikinglərin həyat tərzini, inanclarını və dünyagörüşünü anlamaq üçün mühüm tarixi mənbə olduğunu bildirirlər. Bu daşlar bu gün də İsveç landşaftının ayrılmaz hissəsi olaraq qalır və keçmişlə bu gün arasında canlı bir körpü rolunu oynayır.

 

BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər