00:00:00
Yazar
Admin User
28.10.2025 19:27 138 2 dəq oxuma
Maraqlı

Vintage və retro modanın geri qayıdışı-İnsanlar köhnə geyimləri niyə yenidən sevir?

Vintage və retro modanın geri qayıdışı-İnsanlar köhnə geyimləri niyə yenidən sevir?

Son illərdə vintage və retro moda yenidən gündəmə gəlib və şəhər küçələrində, butiklərdə, sosial mediada geniş yer tutur.

 

Köhnə geyimlər yalnız estetik görünüş yaratmır, həm də keçmişin mədəni dəyərlərini, tarixi yaddaşını və fərdi üslubu günümüzə daşıyır. İnsanlar indi yalnız “trend” üçün deyil, həm də özünü ifadə etmək, fərqlənmək və keçmişlə bağ yaratmaq məqsədilə vintage geyimlərə üstünlük verirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında rəssam, dizayner, modelyer Şəlalə Maqsudova bildirib ki, ilk olaraq vintage nə demək olduğunu izah etmək istərdim:

 

"Vintage nostaljik keçmişdə o dönəmin klassik geyimləri deməkdir. Məsələn: Azərbaycanın 19-cu əsrin sonunda olan geyimlər hətda baş örtükləri zamanala geyim tərzləri dəyişdikləri moda aləminə müxtəlif trendlər gəlsədə, belə keçmişin geyimləri itməyib. Bu geyimləri xanımlarımızın xına yaxtılarında, Novruz bayramlarında görə bilirik. Bu geyimlər bizim milli mədəniyyətimizdir və heç zamanda unudulmuyacaq. Bəzən elə olur ki, dizaynerlərimizin hazırladığı geyimlərdə bizim keçmişimizin izlərini görmək mümkündür. Xırda bir elementi olsa, belə. Moda zamanla dəyişilir amma heç vaxt itmir, bir müddətdən sonra qayıdışı olur".

 

Müsahibimiz həmçinin bildirib ki, günümüzə gəlib çıxan şalvarlar əslində keçmişdə qadınlarımızın istifadə eden enli şalvarları olub:

 

"O zaman paltar altından geyinilib. Zamanla formalaşıb tərzini dəyişib klassik düz şalvarlara keçib. Amma bəzi dizaynerlər keçmişin şalvarları formasında daha maraqlı eskizlər hazırlayaraq onu moderinləşdirilib və zamanla dəbə minib. Günümüzdəki geyimlərin hansısa bir hissəsində geyim keçmişimizin bir izi var. Bu o deməkdir ki, vintage heç vaxt itmir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər