Vladimir Putin Qazaxıstana gedəcək
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana diplomatik protokolda ən yüksək status hesab olunan dövlət səfəri həyata keçirəcək.
Diplomatik praktikaya əsasən, prezidentlik müddəti ərzində bir ölkəyə yalnız bir dəfə dövlət səfəri edilir. Belə səfərlər xüsusi qarşılanma mərasimləri, yüksək səviyyəli protokol qaydaları və geniş mədəni proqramla müşayiət olunur. Adətən, dövlət səfərləri bir neçə gün davam edir.
“Bu, Putinin Qazaxıstana ikinci dövlət səfəridir. Qazax tərəfinin təşəbbüsü ilə təşkil olunan bu səfər ölkələrimiz arasındakı münasibətlərin misilsiz dərəcədə yüksək səviyyədə olduğunu nümayiş etdirmək məqsədi daşıyır”,- deyə Rusiya Prezidentinin köməkçisi Yury Ushakov bildirib.
Putinin Astana səfəri mayın 27-dən 29-dək, üç gün davam edəcək. Səfər mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammit tədbirləri, eləcə də Ali Avrasiya İqtisadi Şurasının iclası ilə eyni vaxta təsadüf edəcək.
TASS
Nuray Əliyeva