00:00:00
Yazar
Admin User
22.02.2016 12:16 908 1 dəq oxuma
Mədəniyyət

Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilib

Nəriman Nərimanov xatirə Muzeyində ictimayi xadim, yazıçı –publicist Vəli Məmmədovun 85 illik yubileyinə hər olunmuş tədbir keçrilib.
Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilib

Mədəniyyət və Turizm idarəsinin Nəriman Nərimanov xatirə Muzeyində ictimayi xadim, yazıçı –publicist Vəli Məmmədovun 85 illik yubileyinə hər olunmuş tədbir keçrilib.

İnformator.az xəbər verir ki, t
ədbirdə iştirak edən V.Məmmədovun həyat yoldaşı Xalidə Əlizadə, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, tarix üzrə fələfə doktoru Firdovsiyyə Əhmədova, pedoqoji elmlər doktoru Əjdər Ağayev, yubilyarın qardaşı Arif Məmmədov  Vəli Məmmədovun həyat və yaradıcılığından söhbət açıb, onun  N.Nərimanovun ilk tədqiqatçısı, arxivlərdən, dövri mətbuatdan, Nərimanovun həyatı və irsinə dair zəngin material topladığından söz açıblar. İctimayi  fikrin və Azərbaycan ədəbiyyatının problemləri ilə bağlı bir sıra elmi kütləvi məqalələrin müəllifi olduğunu bildiriblər.

Vəli Məmmıdovun bir sıra rəhbər vəzifələrdə çalışdığını qeyd edən tədbir iştirakçıları onun 20 noyabr 1991-ci ildə erməni terroru nətıcəsində vurulan  vertalyot qəzasında həlak olduğunu da  qeyd ediblər.

Tədbir iştirakçılarına Vəli Məmmədovun həyat və fəaliyyət yolunu əks etdirən sərgi, fotoslaydlar və videogörüntülər  nümayiş olunub. Həmçinin, Uşaq –Gənclər Yaradıcılıq Mərkəzinin  üzvləri və Bülbül adına Orta İxtias Məktəbinin şagiirdləri Vəli Məmmədova həsr olunmuş şeirlər və sevdiyi musiqilərdən parçalar təqdim ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər