00:00:00
Yazar
Admin User
17.10.2025 15:29 168 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Vətənimizin azadlığı uğrunda canından keçən igidlər heç zaman unudulmur. Onlardan biri də Həsənov Sahib Azər oğludur. O, Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb.


Həsənov Sahib Azər oğlu 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində doğulub. 2017-ci ildə “Gəncə şəhəri 7 nömrəli tam orta məktəbi” bitirib. 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən MAHHX HQ kimi xidmətə davam edib.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Azərbaycan Ordusunun əsgəri olaraq Sahib Həsənov torpaqlarımızın azadlığı uğrunda vuruşub, Murovdağ zirvəsi və Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.

17 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. 18 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Həsənov Sahib Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif edilib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər