00:00:00
Yazar
Admin User
28.10.2025 19:00 125 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin hər biri xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Onların göstərdiyi igidlik, vətənpərvərlik və fədakarlıq bu günkü gənclərə örnək, gələcək nəsillər üçün isə ilham mənbəyidir. Belə qəhrəman Vətən övladlarından biri də Seyidzadə Mirhüseyn Miryunis oğludur. O, gənclik illərindən Vətənə xidmət etməyi özünə şərəf bilib, Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda aparılan döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalıb.

 

Seyidzadə Mirhüseyn Miryunis oğlu 11 fevral 1991-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulub.1997-ci ildə M.Ə.Sabir adına 5 nömrəli məktəbin 1-ci sinfinə daxil olub. 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2007-ci ildə Gəncə Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional Kolleci) daxil olub.

 

2010-cu ildə təhsilini başa vuraraq “Gömrükxana işi” ixtisasına yiyələnib. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışıb. 2018-ci ildə Azərbaycana geri dönüb, Azərbaycan Sülhməramlı Qüvvələrə qatılıb. 2020-ci il iyulun 7-dən etibarən Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlayıb.

 

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

9 oktyabr 2020-ci il tarixində Füzuli rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. 10 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Seyidzadə Mirhüseyn Miryunis oğlu Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli «Vətənə xidmətə görə» ordeni (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər