00:00:00
Yazar
Admin User
13.10.2025 19:04 179 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Vətən müharibəsi Azərbaycanın igid oğullarının qəhrəmanlıq dastanına çevrilib. Hər bir şəhid öz həyat hekayəsi ilə bu dastanın unudulmaz səhifələrini yazıb.Onlardan biri də Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə canından keçən Əlizadə Yüksəl İlqar oğludur. O, ölkəmizin ərazi bütövlüyü uğrunda könüllü olaraq müharibəyə yollanıb, Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalıb.


Əlizadə Yüksəl İlqar oğlu 5 iyun 1996-cı ildə Quba şəhərində doğulub. 2002-ci ildə Bakıda 30 nömrəli tam orta məktəbə daxil olub, 2006-cı ildən Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib, 2013-cü ildə təhsilini başa vurub. 2018-ci ildə “Bakı Dövlət Universiteti”nin Tarix fakültəsini bitirib.

 

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul edilib. Gəncə şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində çalışıb.


2020-ci ilin iyul ayında Ermənistan - Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca baş tutan döyüşlərdən (Tovuz hadisələrindən) sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət edib. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığıdan qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Əlizadə Yüksəl Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub.


9 noyabr 2020-ci ildə Xocavənd ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. 20 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Əlizadə Yüksəl İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər