00:00:00
Yazar
Admin User
13.10.2025 18:38 141 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Vətən müharibəsi Azərbaycanın Qəhrəman oğullarının igidliyi və fədakarlığı ilə tarixə yazılıb. Onlardan biri də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Məmmədov Oqtay Namiq oğludur. O, Vətən sevgisini sözlə deyil, əməli ilə sübut edən gənclərimizdən idi.

 

Məmmədov Oqtay Namiq oğlu 1 yanvar 1994-cü ildə Gəncə şəhərində doğulub. 2000-ci ildə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2011-ci ildə orta təhsilini başa vurub.

2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.Hərbi xidmətdən sonra zərgər kimi fəaliyyət göstərib.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Oqtay Məmmədov könüllü olaraq orduya yazılıb, Vətən müharibəsində iştirak edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşub, Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci il tarixində Xankəndi istiqamətində gedən döyüşdə şəhid olub. 18 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

 

Məmmədov Oqtay Namiq oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər