00:00:00
Yazar
Admin User
02.10.2025 17:32 230 1 dəq oxuma
Araşdırma

Vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsi qəhrəmanı

"İnformator.az" xəbər verir ki, Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakıda anadan olub. Uşaqlıqdan idmana bağlı olan Muxtar zəhmət və iradə ilə formalaşan bir gənclərmizdən idi. O, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb, sonradan fitnes və kikboksinq sahəsində uğurlar qazanıb.

 

2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adını qazanan Muxtar idmanla bərabər mənəvi gücü ilə də seçilib. O, səylə çalışan, intizamlı və məqsədyönlü gəncliyin canlı nümunəsi idi.

 

Lakin onun həyatı təkcə idmanla məhdudlaşmayıb. 2020-ci ildə Vətən torpaqları işğaldan azad olunmaq uğrunda mübarizə başlayanda Muxtar könüllü olaraq döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə cəsarət göstərən Muxtar 2 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Muxtar Qasımlı “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun həyatı göstərdi ki, insanın gücü yalnız bədənində deyil, ruhundadır.

 

Bu gün Muxtarın adı həm idmanda, həm də qəhrəmanlıq tariximizdə bir simvoldur. O, öz həyatı ilə sübut etdi ki, insan əgər zəhmətlə zirvəyə qalxa bilirsə, Vətən uğrunda da ucalmağa layiqdir.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər