Vətən müharibəsi qəhrəmanı
Bəzən bir ömür roman kimi yazılır, bəzən də bir neçə cümləyə sığır. Amma mənası bir millətin yaddaşına həkk olunur. Tural Şakir oğlu Abdullayevin həyatı da elə bu qəbildən olub, sakit, təvazökar, lakin içində alov daşıyan bir ömür.
"İnformator.az" xəbər verir ki, 1990-cu ildə Laçın dünyaya gələn Tural uşaq yaşlarından vətən sevgisini sinəsində böyüdüb. Onun üçün “Vətən” sözü sadəcə torpaq deyildi anasının duası idi. Bu sevgini o, həyatının hər anında, hər addımında daşıyıb.
Tural Abdullayev Laçın rayonunda doğulsa da, iki yaşınadək ailəsi ilə birgə Xocalıda yaşayıb. 1992-ci il fevralın 26-da Xocalının erməni silahlı dəstələrinin işğalı və əhalinin soyqırıma məruz qalmasından sonra, Tural ailəsi ilə birlikdə Bakının Xətai rayonuna gəlib.
Müxtəlif illərdə daxili işlər nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib. 2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb.
2020-ci ilin 30 sentyabrı…
Tural Abdullayev Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşub. Ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Bu gün onun adı sadəcə bir şəhid adı deyil bir dönəmin simvolu olub. Onun xatirəsi hər səhər bayrağımızın dalğalanışında, hər məktəbdə oxunan himndə yaşayır. Çünki şəhidlər ölmür, onlar torpağın damarına çevrilir, xalqın ruhunda yaşayır.
Tural Abdullayev timsalında bütün igidlərimizin həyatı bizə bir daha xatırladıb:
Qəhrəman olmaq üçün səssiz fədakarlığa ehtiyac var.
Banuçiçək Məmmədova
