00:00:00
Yazar
Admin User
03.10.2025 14:44 296 2 dəq oxuma
Araşdırma

Vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsi qəhrəmanı

Bəzən gənc yaş bir ömrün yalnız başlanğıcı olur, amma göstərilən igidliklə o ömür əbədiləşir. Vətən Müharibəsi Qəhrəmanı Kinyaz Orucov da elə bir gənclərdən idi. O qısa həyatına böyük mərdlik sığdırıb və Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. 

 

"İnformator.az" xəbər verir ki, Orucov Kinyaz Zirəddin oğlu 10 may 2000-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Surqut şəhərində doğulub. 2016-cı ildə Gəncə şəhər 44 saylı məktəb-liseyin 9-cu sinfini bitirib, 2016-2019-cu illərdə 2 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsilini davam etdirib.2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı ilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar veriləndə Kinyaz Orucov “N” saylı hərbi hissənin əsgəri idi. O Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 

 

7 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 

8 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

 

Orucov Kinyaz Zirəddin oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

 

Qeyd edək ki, Şəhid Kinyaz Orucov evin tək oğlu və subay idi. Ailə üzvləri və yaxınları onun xatirəsini həmişə əziz saxlayır. 

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər