00:00:00
Yazar
Admin User
24.10.2025 19:07 159 1 dəq oxuma
Mədəniyyət

Vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsi qəhrəmanı

Bəzən bir insanın həyatı günəş kimi doğar, lakin çox tez batır. Cavid Cabbarzadə də elə o batmaq istəməyən günəşlərdən biri idi. Onun gülüşündə bir səmimiyyət, baxışlarında bir arzu, səsində bir ümid vardı. Amma tale çox zaman ən saf ürəkləri sınayır…

 

Cavidin ömrü qısa olsa da, yaşadıqları, keçdiyi yol illərə bərabər idi. O, Vətən deyəndə səsini yüksəltəz, sadəcə baxışları dəyişərdi. Çünki sevginin səsini ucaltmaq deyil, onu ürəklə yaşamaq gərək idi.

 

Bu gün onun adını çəkəndə, sanki payız küləyi bir az daha sakitləşir, yarpaqlar yavaş-yavaş yerə enir. Çünki Cavidin xatirəsi sakit bir melodiyadır-qulaqla deyil, ürəklə eşidiləndən.

 

Bəziləri dünyanı dəyişmək üçün yaşayır, bəziləri isə sadəcə iz qoymaq üçün…

 

Cavid isə həm dəyişdirib, həm də iz qoyub-izləri isə bu torpağın yaddaşında, insanların ürəyində qalıb.

 

Ruhu işıq, xatirəsi unudulmaz olsun. 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər