00:00:00
Yazar
Nigar Həsənzadə
16.02.2026 21:08 19 2 dəq oxuma
Maraqlı Özəl

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir

Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı imkanlar yaradır, amma Avropa standartları və qonşu ölkə rəqabəti çətinliklər yaradır:

 

"Azərbaycan və Avropa ölkələri arasında kənd təsərrüfatı məhsullarının ixracında müəyyən çətinliklər mövcuddur. Avropa İttifaqı ölkələrinin qida təhlükəsizliyi və keyfiyyət standartları sərtdir, buna görə də bəzi məhsullar, məsələn, pomidor standartlara uyğun gəlmədiyi üçün ixracda məhdudiyyətlərlə qarşılaşır.

 

Digər tərəfdən, Azərbaycan-Rusiya əməkdaşlığı kənd təsərrüfatı ixracını daha rahat həyata keçirməyə imkan verir, çünki Avropa İttifaqı ölkəsi olmayan tərəfdaşlarda standartlar daha uyğun və ticarət mexanizmləri artıq formalaşıb. Bu da satış şəbəkəsinin Azərbaycanda daha rahat işləməsinə və ixracın artırılmasına şərait yaradır.

 

Bununla belə, kənd təsərrüfatı məhsullarının ixracında həm çətinliklər, həm də imkanlar mövcuddur. Məhsulların keyfiyyətinin artırılması, qanunvericiliyə uyğunluq və bazar təcrübəsinin inkişafı ixracın artımını təmin edə bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması bir sıra çətinliklərlə üzləşir. Məsələn, Avropa ölkələrinin sərt standartları bəzi məhsulların, xüsusilə pomidorun ixracını çətinləşdirir. Eyni zamanda, qonşu ölkələrdən, məsələn, Türkiyə, Bolqarıstan və Yunanıstandan gələn məhsullar rəqabəti artırır və bazarda Azərbaycanın məhsulları üçün əlavə səy tələb edir.

 

Bununla belə, müəyyən sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Məsələn, təcrübəli satış şəbəkələri, artıq mövcud ticarət əlaqələri və iqtisadi mexanizmlər ixracı asanlaşdırır. Azərbaycanın kənd təsərrüfatı məhsulları, xüsusilə pomidor və zeytun, qonşu ölkələrdə bazara çıxarıla bilir, lakin daşınma və logistika çətinlikləri hələ də əhəmiyyətli rol oynayır.

 

Dövlətin qiymət siyasəti və istehsalını təşkili edən məhsulların bazarda rəqabət qabiliyyətini artırmaq üçün vacibdir. Ümumilikdə, kənd təsərrüfatı sahəsində ixracın genişləndirilməsi həm daxili iqtisadi inkişaf, həm də xarici bazarlarda mövqeyin gücləndirilməsi üçün əsas amildir".

 

Arzu Poladova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər