00:00:00
Yazar
Admin User
14.11.2023 17:12 475 2 dəq oxuma
Sosial

Əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi, indi isə...

Əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi, indi isə...

“İctimai qınaq məsələsi həssas bir məsələdir. Ona hər zaman eyni cür yanaşmaq doğru deyil. İctima qınaq bəzən faydalı, müsbət həmçinin müəyyən problemlərin həllinə də kömək ola bilir. Bəzən isə zərərli fəsadlara da gətirib-çıxarır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu söyləyib. Sosioloqun sözlərinə görə, bu daha çox insanların mənəvi hazırlığından, məlumat dərəcəsindən asılıdır.

 

“Cəmiyyətdə intellektual insanlar olduğu kimi, kütlə psixologiyasına xidmət edən, mövzuya dərindən fikir verməyərək, digər insanlara qoşulub fikir yürüdən insanlar da mövcuddur. Mənəvi hazırlıqlı, yaşadığı cəmiyyətin problem və qayğılarını dərindən dərk edən, doğru və faydalı yolun tapılması haqda düşünə bilən insanlara "sosial qrup" deyirlər”.

 

Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial qruplar kütlə psixologiyasına, kütlənin ictimai rəyinə də olduqca təsir edir.

 

“Kütlə psixologiyasına daha çox meyilli olan insanlar ki, onlarda ictimai qınağın təhlilinə daha dərindən ehtiyac duyulur. Məsələn, ölkəmizdə toyların keçirilməsi, pul yığılması kimi məsələlər insanları problemə salır. Sadə toy etmək istəyənlər olduqda isə ictimai qınaq hərəkətə keçir”.

 

Sosioloq deyir ki, insanlar düşünür ki, ölkəmizin müəyyən adət-ənənələri var.

 

“Belə hallar olduqda ictima qınaq mənfi tərəfdən rol oynayır. Başqa bir tərəfdən isə vətənpərvərlik, qəhrəmanlıqla bağlı, ölkənin tərəqqisinə faydalı olan hər hansı məsələlərlə bağlı ictimai qınaq çox müsbət rol oynayır. Buna misal olaraq, 44 günlük Vətən Müharibəsində heç bir fərarimizin olmamasını göstərmək olar”.

 

Ə.Qəşəmoğlu düşünür ki, bu məsələlərdə ictimai qınaq daha böyük rol oynadı.

 

“Öncədən ailələrin boşanmasında kənd, eləcə də şəhərdə ictima qınağa daha çox rast gəlinirdi. Bu da ailələrin dağılmamasında böyük rol oynayırdı. Artıq bu qınaq yoxdur. Ona görə, hər zaman ictimai qınaq məsələsinə mütləq həqiqət kimi baxmamalıyıq. Cəmiyyətin xarakterindən asılı olaraq, ictimai qınaq necə formalaşır, hansı cəmiyyətdə formalaşır, əhalinin məlumatlıq dərəcəsi nə dərəcədədir, bütün bunlara fikir verməliyik”.

 

Müsahibin sözlərinə görə, ictimai qınağı formalaşdırmağın bir sıra yolları var.

 

“Əhali üçün faydalı istiqamətdə formalaşdırma işləri də görə bilərik. Biz bu tədbirləri görmədikdə, düşmən bundan istifadə edir. Bəzi məsələlərdə ictimai qınaq formalaşdıra bilər ki, bu da bizlər üçün arzuolunmaz hal olar. Ona görə də ictimai qınaq diqqət mərkəzində olmalıdır. Bu amildən düzgün istifadə etməyi öyrənməliyik”.

 

Müjgan Əhmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər