00:00:00
Yazar
Aysel Mirzəyeva
17.04.2026 17:59 52 1 dəq oxuma
Sosial

WhatsApp yazışmaları sübut hesab oluna bilərmi? 

WhatsApp yazışmaları sübut hesab oluna bilərmi?

Gündəlik ünsiyyətdə geniş istifadə olunan WhatsApp yazışmaları bəzən hüquqi mübahisələrin də predmetinə çevrilir. Tərəflər arasında borc, öhdəlik və ya razılaşmalarla bağlı yaranan mübahisələr zamanı bu yazışmaların məhkəmədə sübut kimi qəbul edilib-edilməməsi sual doğurur.


Mövzu ilə bağlı hüquqşünas Mübariz Yolçıyev bildirib ki, məhkəmələr WhatsApp yazışmalarını sübut hesab edir: 

 

“Əgər qarşı tərəf mübahisələnirsə ki, bu WhatsApp yazışması mənim telefonumdan getməyib, o zaman həmin WhatsApp yazışmaları ilə bağlı telefon üzərinə ekspertiza təyin olunur. Ekspertiza baxışı ilə müəyyən edilir ki, bu WhatsApp yazışmaları görəsən həqiqətən də bu telefonundan göndərilib, onu müəyyən edirlər. Onunla tam sübut xarakteri müəyyən olunur. Digər tərəfdən borc pul verməklə bağlı məsələlərdə bizim Mülki Məcəlləmizdə bir norma var ki, əgər 3000 manatdan yuxarı pul borc verirsənsə, yazılı müqavilə bağlamalısan. Yəni bunu başqa bir sübutla sübut etmək sanki mümkün deyil, belə bir qənaət formalaşır. Amma təbii ki, əsassız varlanma qaydaları çərçivəsində isə WhatsApp yazışmaları orada sübut növü kimi çıxış edir və onunla sübut edirsiniz ki, qarşı tərəf əsassız olaraq varlanıb və o səbəblə də o pulu qaytarmalıdır. Borc pul verənlər bəzən ola bilər ki, yazılı müqavilə bağlamadan verirlər. Borc müqaviləsinin mütləq surətdə yazılı bağlanması zərurətini qəbul edilməsi doğru deyil”.

 

Aysel Mirzəyeva

#oluna #bilərmi? #yazışmaları #hesab #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər