00:00:00
Yazar
Admin User
10.09.2025 18:27 159 1 dəq oxuma
Mədəniyyət

Wolf Alice Mercury mükafatı tarixində rekord qırıb

Wolf Alice Mercury mükafatı tarixində rekord qırıb

Britaniyalı “Wolf Alice” qrupu Mersuri mükafatı tarixində rekord qırıb – onlar 34 illik tarixdə ilk dörd albomunun hamısı ilə namizəd olan yeganə musiqi qrupu olublar.

 

2018-ci ildə ikinci albomları Visions of a Life ilə qalib gələn kvartet, bu dəfə 1970-ci illərin yumşaq rok sədalarına əsaslanan The Clearing albomu ilə dördüncü dəfə namizəd göstərilib.

 

2025-ci il musiqi mükafatı üçün digər namizədlər arasında, 24 ildən sonra ilk albomu More ilə geri qayıdan və əvvəllər də qalib olan “Pulp” qrupu da olub.

 

84 yaşlı xalq musiqiçisi Martin Carthy Mersuri mükafatına namizəd olan ən yaşlı ifaçı kimi tarixə düşüb, viral pop ulduzu PinkPantheress-in cəmi 20 dəqiqəlik Fancy That adlı miks albomu isə, bu mükafata namizəd olan ən qısa albom hesab edilib.

 

BBC NEWS

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər