00:00:00
Yazar
Ayan Sədi
14.04.2026 14:25 75 1 dəq oxuma
Araşdırma

Xəbərdarlıq olmadan işdən çıxarılma: hansı hallarda mümkündür? – Hüquqşünas rəyi

Xəbərdarlıq olmadan işdən çıxarılma: hansı hallarda mümkündür? – Hüquqşünas rəyi

Bəzi hallarda işəgötürən işçini əvvəlcədən xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam verə bilər. Bu, əsasən işçinin əmək intizamını kobud şəkildə pozması ilə bağlıdır və qanunvericilikdə konkret hallarla tənzimlənir. Hüquqşünas Mehman Muradlının sözlərinə görə, bu cür qərarlar Əmək Məcəlləsinin müvafiq maddələrinə əsaslanmalıdır.

 

 

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun tədbir görülməsinə əsas verir:

 

 

"Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçinin əmək funksiyasını kobud şəkildə pozması əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas hesab olunur. Bu pozuntulara işə üzrsüz səbəbdən gəlməmək, sərxoş vəziyyətdə iş yerində olmaq, işəgötürənə maddi ziyan vurmaq və ictimai təhlükəli əməl törətmək kimi hallar daxildir. Bu kimi davranışlar əmək intizamının ciddi pozuntusu kimi qiymətləndirilir və işəgötürən tərəfindən qanunvericiliyə uyğun tədbir görülməsinə əsas verir".

 

 

Aydan Əsgərxanlı

#hallarda #olmadan #xəbərdarlıq #hüquqşünas #işdən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər