00:00:00
Yazar
Admin User
23.11.2025 18:01 135 2 dəq oxuma
Mədəniyyət

Xalq şairi Vahid Əziz

Xalq şairi Vahid Əziz

Bu gün Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, Xalq şairi Vahid Əzizin doğum günüdür. 1945-ci il 23 noyabr dünyaya gələn şair, yarım əsrdən çoxdur ki, sözü, səsi və ruhu ilə Azərbaycan poeziyasına dəyər qatır.

 

Bu əlamətdar gün münasibətilə ölkənin müxtəlif şəhər və kəndlərində, mədəniyyət ocaqlarında, eləcə də sosial şəbəkələrdə şairin yaradıcılığına həsr olunan təbriklər və duyğulu paylaşımlar geniş yer alır. Oxucular, ədəbiyyatsevərlər və sənət adamları onun poeziyasının illərdir tükənməyən təsirindən danışırlar. Vahid Əziz oxucular üçün sadəcə bir şair deyil - sözün içində yaşayan bir duyğu adamıdır. Onun şeirlərində həm klassik poeziyanın zərifliyi, həm də müasir insanın həyat ritmi birləşir. Sadeliyinin arxasında dərin bir anlam gizlənən misraları hər kəsin öz həyatından bir parça tapmasına imkan yaradır.

 

Onun şeirlərini oxuyanda bəzən bir kənd axşamının sükutunu, bəzən şəhərin gurultusunda itən tənha ürəyi, bəzən də öz içimizlə səssiz söhbətimizi duyuruq. Bu da Vahid Əzizin poeziyasını illərdir aktuallığını itirməyən, hər nəsilə eyni şəkildə təsir edən bir xəzinəyə çevirir. Bu gün ədəbi çevrələrdə Vahid Əzizin doğum günü yalnız bir tarix kimi deyil, Azərbaycan şeirinin bayramı kimi qeyd olunur. Onun əsərləri müxtəlif nəşrlərdə dəfələrlə çap edilib, bir çox şeirləri bəstəkarların qəlbində musiqiyə çevrilərək xalqın yaddaşına yazılıb.

 

Sənət dostları və oxucular sosial mediada paylaşdıqları fikirlərdə şairin səmimiliyini, insanlara olan hörmətini və poeziyanı gündəlik həyatın bir parçasına çevirmə qabiliyyətini xüsusi vurğulayırlar. Bir çoxları üçün o, sözün sadəcə müəllifi yox, insanın içinə yol tapan bir dostdur. Vahid Əzizin poetik dünyası həm lirikanın həssaslığını, həm də həyatın sərt müşahidələrini özündə birləşdirir. O, təbiəti də danışdırır, insanı da, zamanı da. Sadə görünən hər misrasında illərin süzgəcindən keçmiş bir müdriklik yatır.

 

Bu gün keçirilən tədbir və paylaşımlarda vurğulanır ki, Vahid Əzizin yaradıcılığı təkcə bu günün deyil, gələcək nəsillərin də ədəbiyyat məktəbi olacaq.

 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər