00:00:00
Yazar
Admin User
11.12.2025 20:00 202 2 dəq oxuma
Mədəniyyət

Xalqın qəlbində əbədi yaşayan lider

Xalqın qəlbində əbədi yaşayan lider

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı bu günü dərin ehtiramla yad edir və Heydər Əliyevi xatırlayır.

 

Yeni Azərbaycanla yenidən doğulmuş böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında fikir söyləmək çox çətindir. Çünki Heydər Əliyevin həyat yolu cild-cild kitablara sığmayan bir ümmandır.


Qədim bir deyim var. İnsan tanrıdan üç şey diləyir: güc, səbir bir də müdriklik. Bu üç şeyi özündə birləşdirən insan, həqiqətən də "Qurani-Kərimdə" deyildiyi kimi, doğru yolun yolçusudur. Belələri həmişəyaşardır, əbədidir və bütün insanların qəlbində özünə yuva tikir, heykəlləşir, əbədiləşir. Heydər Əliyev məhz belə bir şəxsiyyətdir. O, Azərbaycan xalqı üçün Şahdağı, dünya siyasətçiləri üçün isə Himalay dağıdır. Deyirlər, ən böyük yazıçıların, rəssamların dünyaya meydan oxuyan bir şah əsəri olur. Heydər Əliyevin şah əsəri isə uğrunda canını belə əsirgəmədiyi Azərbaycandır.


Heydər Əliyev dağılmış iqtisadiyyatı yüksəldib, ərazi bütövlüyümüzü bərpa etmək üçün güclü nizami ordu yaradıb, həyatın bütün sahələrində: “incəsənətdə, mədəniyyət də, xüsusən təhsildə və səhiyyədə islahatlar” aparıb, Azərbaycan həqiqətlərini dünyaya bəyan edib. Heydər Əliyev qətiyyətli bir siyasətçi, səbirli dövlət başçısı, xalqa arxalanan Vətən oğludur. Çünki o, Azərbaycanın vahid ərazisini real parçalanma təhlükəsindən qurtarıb, respublikanın daxilində yaranmış cinayətkar dəstəni, xalqın içindən çıxıb xalqa qənim kəsilmiş basqınçıları yox edə bilib. O, ölkədə hazırlanan dövlət çevrilişi cəhdlərini, sui-qəsdlərin qarşısını qan tökməklə deyil, xalqın köməyi ilə ala bilib. Xalq isə öz Prezidentinə arxa olub. Heydər Əliyev əsl vətənpərvər və böyük sərkərdə idi. O, Azərbaycanda gedən qanlı müharibənin qarşısını almaq üçün atəşkəsə nail olub.


Ümummilli Heydər Əliyev “görkəmli diplomat”, “böyük iqtisadçı”, “təşkilatçı”, “təbliğatçı” idi. “Əsrin neft müqaviləsi”, “İpək Yolu layihəsi”, “torpaq islahatının keçirilməsi”, “Azərbaycanın dünya dövlətləri arasında tanınması”, “Dünya Azərbaycanlılarının birliyini təşkil etməsi” Heydər Əliyevin apardığı “məqsədyönlü, uğurlu daxili və xarici siyasətinin” nəticəsidir.


Heydər Əliyev ayrıca bir universitetdir. Onun “davranışı, danışıq tərzi, qarşıdakı şəxsi dinləmək qabiliyyəti, incə yumoru, qeyri-adi yaddaşı, təbəssümü, gülüşü, jest və mimikası, qeyri-adi natiqliyi” bugünkü gənclər üçün əvəzsiz bir məktəbdir.

 

Bu gün isə Ulu Öndər Heydər Əliyevin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentimizin mətbuat sahəsinə “göstərdiyi xüsusi diqqət və qayğı”, bu sahəni gündən-günə sürətlə inkişaf etdirir.

 

İllər ötəcək, qərinələr bir-birini əvəz edəcək. Ancaq bir həqiqət var ki, heç dəyişməyəcək. Həmişə yeni, həmişə cavan qalacaq. Bu, Azərbaycan xalqının böyük şəxsiyyətə əbədi məhəbbətidir. Çünki, “Heydər Əliyev Azərbaycan, Azərbaycan - Heydər Əliyevdir”!


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər