00:00:00
Yazar
Admin User
31.12.2025 18:15 102 1 dəq oxuma
Mədəniyyət

Xankəndidə "Qış nağılı" başlayıb

Xankəndidə "Qış nağılı" başlayıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində bayram ovqatlı "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

 

"İnformator.az" xəbər verir ki, yarmarka yanvarın 5-dək davam edəcək.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib.

 

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər