Xaricə səfərə hazırlaşanlara XƏBƏRDARLIQ: Yeni virus təhlükəsi var
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada vətəndaşlarından səfərlərini təxirə salmaları istənilib.
İNFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, bəyanatda hazırda Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineya ölkələrindəki BƏƏ vətəndaşları sayıq olmağa və səlahiyyətlilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırılıb. Bu çağırışlara daha sonra Səudiyyə Ərəbistanı və Oman da qatılıb.
Marburq virusu meyvə yarasaları vasitəsilə yoluxur. İnsanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş insanlarda anidən yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər yaranır. Bu təhlükəli virusun peyvəndi və ya xüsusi müalicəsi hələ ki, yoxdur.
Nigar
