00:00:00
Yazar
Admin User
21.06.2025 08:29 220 1 dəq oxuma
Maraqlı

Xarici diplomatlar Bülbülün ev-muzeyində

Xarici diplomatlar Bülbülün ev-muzeyində

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.

"İnformator.az" "Axar.az"a xəbər verir ki, qonaqlara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verilib.

Xarici diplomatlar uzun illər davam etmiş erməni işğalından sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı əldə ediblər.

 

Şuşada Bülbülün ev-muzeyi 2021-ci il avqustun 29-da bərpa edilib. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər