00:00:00
Yazar
Admin User
15.01.2026 16:20 69 1 dəq oxuma
Dünya

Xarici İşlər Naziri Fidan: “İrana hərbi müdaxiləyə qarşıyıq”

Xarici İşlər Naziri Fidan: “İrana hərbi müdaxiləyə qarşıyıq”

ABŞ Prezidenti Donald Trampın etirazların davam etdiyi İrana qarşı hərbi əməliyyat təhdidindən sonra Xarici İşlər naziri Hakan Fidan bildirib: 

 

“Biz problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Ümid edirəm ki, İran və ABŞ bu məsələni öz aralarında həll edərlər. İrana hərbi müdaxiləyə qarşıyıq”. Yanvarın 15-də milli və beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşən Fidan deyib: “İranda baş verəcək hadisələr bizi də maraqlandırır. Türkiyə olaraq diplomatik fəaliyyətlərimizi davam etdirəcəyik”. Fidan vurğulayıb ki, “İranın problemlərini həll etməsi və bütün bölgəyə yayıla biləcək ssenarilərdən yayınması Türkiyənin də maraqlarına uyğundur”. AKP sözçüsü Ömer Çelik də yanvarın 12-də belə deyib: “Hər hansı formada xarici müdaxilə bölgəmiz üçün son dərəcə mənfi nəticələr doğurar”.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər