00:00:00
Yazar
Lalə Qafarova
21.09.2026 21:01 57 2 dəq oxuma
Dünya

“Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər

“Xatəm əl-Ənbiya": ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər

ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatı Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər. İranın ABŞ-nin regiondakı hərbi bazalarını və Vaşinqtona dəstək verən ölkələri mümkün qarşıdurmanın tərəfi kimi qiymətləndirəcəyi ilə bağlı açıqlaması xüsusilə Körfəz ölkələri üçün əlavə risklər yaradır.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyata başlaması təkcə Vaşinqton–Tehran qarşıdurmasının növbəti mərhələsi olmayacaq, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik risklərini daha da artıracaq:

 

“İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı mümkün hücum zamanı ABŞ-nin regiondakı bazaları və maraqlarının hədəfə alınacağını, Vaşinqtona dəstək verən ölkələrin də qarşıdurmanın tərəfi kimi qəbul edilə biləcəyini açıqlayıb. Bu isə xüsusilə ABŞ hərbi infrastrukturu yerləşən Körfəz ölkələrini mürəkkəb vəziyyətə salır. Həmin dövlətlər bir tərəfdən ABŞ-lə təhlükəsizlik əməkdaşlığını qorumağa, digər tərəfdən isə öz ərazilərinin İranın cavab zərbələrinin hədəfinə çevrilməsinin qarşısını almağa çalışacaqlar. Buna görə də mümkün eskalasiya region ölkələrini açıq hərbi iştirakdan daha çox ehtiyatlı mövqe tutmağa və diplomatik kanalları aktivləşdirməyə sövq edə bilər”.

 

 

Politoloq qeyd edib ki,Məsələnin digər mühüm tərəfi iqtisadi və enerji təhlükəsizliyidir. ABŞ–İran qarşıdurmasının genişlənməsi Hörmüz boğazı və bütövlükdə Körfəzdə gəmiçiliyin təhlükəsizliyinə əlavə təzyiq yarada, enerji daşımalarında fasilələr və qiymət dalğalanmaları riskini yüksəldə bilər; artıq regional gərginlik Körfəz maliyyə bazarlarında da özünü göstərir. 

 

 

Buna görə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ kimi dövlətlər üçün əsas məsələ yalnız İranın hərbi imkanları deyil, qarşıdurmanın öz ərazilərinə, enerji obyektlərinə və iqtisadi sabitliyə keçməsinin qarşısını almaqdır. Son məlumatlar da Körfəz dövlətləri arasında Tehranla dialoq və daha geniş regional təhlükəsizlik mexanizmlərinə marağın artdığını göstərir. Bu baxımdan yeni ABŞ hücumu regionda İranı təcrid etməklə yanaşı, paradoksal olaraq bəzi ərəb dövlətlərini Tehranla birbaşa gərginliyi azaltmağa daha çox sövq edə bilər.

 

 

Nurgün Qənizadə

#baki #region #xəbər #“xatəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər