00:00:00
Yazar
Admin User
03.12.2025 16:24 116 1 dəq oxuma
Maraqlı

Xiaomi" növbəti beş ildə işçilərinin çoxunu robotlarla əvəz edəcək

Xiaomi" növbəti beş ildə işçilərinin çoxunu robotlarla əvəz edəcək

Növbəti beş il ərzində "Xiaomi" öz fabriklərində humanoid robotların geniş tətbiqini planlaşdırır.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında süni intellekt mütəxəssisi Natiq Məmişov bildirib ki, zavodlarda tam avtomatlaşdırılan istehsal prinsipi günü- gündən aktuallaşır:


“Əvvəllər robotlar yalnız bir əməliyyatı və ya bir prosesin müəyyən hissəsini yerinə yetirirdisə, indi tam prosesi icra etməsi tələb olunur. Bu prosesə daşıma, montaj və keyfiyyətə nəzarət kimi mərhələlər daxildir. Tam avtomat zavodlara keçid üçün ilk olaraq insana bənzər, çoxfunksiyalı robot işçilərə uyğun mühit yaradılmalıdır. Mövcud zavodların böyük hissəsi insanlar üçün dizayn edildiyi üçün robot əməkdaşların effektiv işləməsi üçün zavodlar sıfırdan robotlara uyğun şəkildə layihələndirilməlidir. Eyni robotun müxtəlif günlərdə fərqli tapşırıqları yerinə yetirə bilməsi “kütləvi fərdiləşmə” prinsipini gücləndirir. Bu isə zavodlara böyük üstünlük verir - istehsal xətləri daha tez yeni modelə və ya yeni məhsula uyğunlaşa bilir. Robotlar fasiləsiz və stabil tempdə işlədikləri üçün həm istehsal həcmi artır, həm də məhsulun keyfiyyəti yüksəlir, insan səhvləri minimuma enir. Texnologiyanın inkişafı ilə hər dövrdə yeni ixtisaslar meydana çıxır. Bu mərhələdə robotika mühəndisləri, real-time sistemlərini, robot hərəkət dinamikasını və sensor oxunuşlarını dərindən bilən mütəxəssislər xüsusi önəm qazanır”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər