00:00:00
Yazar
Admin User
07.04.2021 11:26 1313 1 dəq oxuma
İqtisadiyyat

Xocavənd avtomobil yolunun tikintisi üçün 13,6 milyon manat ayrılıb

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xocavənd avtomobil yolunun tikintisi üçün 13,6 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

İnformator.az xəbər verir ki, Sərəncama əsasən on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon (on üç milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər