00:00:00
Yazar
Elmira Ağayeva
28.08.2026 23:11 119 1 dəq oxuma
Araşdırma

Xüsusi auditoriyanın seçimi: "Niş" anlayışını necə anlamalıyıq?

Xüsusi auditoriyanın seçimi: "Niş" anlayışını necə anlamalıyıq?

 


Fransız dilindəki “niche” (yuva, xüsusi yer) sözündən götürülən bu termin kütləvi deyil, məhz xüsusi auditoriya üçün nəzərdə tutulan sferaları əks etdirir. Müasir dövrdə bu anlayışa daha çox parfümeriya və hobbi sahəsində rast gəlirik. Məsələn, tanınmış brendlərin parfümlərini büdcəsi çatan hər kəs adi mağazalardan rahatlıqla ala bilir. Niş parfümlər isə tamamilə fərqli kateqoriyadır.
 

Onlar kütləvi satış üçün nəzərdə tutulmayıb, daha yüksək səviyyəyə və xüsusi zövqə xitab edir. Bu səbəbdən niş parfümlər sıradan kosmetika vitrinlərində deyil, yalnız brendlərin öz özəl butiklərində və ya konseptual məkanlarında təqdim olunur.


Gəlin bu anlayışı hobbi müstəvisində açaq. Niş hobbilər gündəlik asudə vaxt məşğuliyyətlərindən fərqli olaraq, dərin araşdırma və xüsusi maraq tələb edən fəaliyyətlərdir. Məsələn, tarixi şəxsiyyətlərin, yazar və ya kralların şəxsi məktublaşmalarını oxuyaraq onların xarakterini və həmin dövrdə baş verən prosesləri öyrənmək niş hobbi sayılır. Eyni zamanda, məşhur rəsm əsərlərinin tarixlə bağlılığını, ötürdüyü mesajları və müəllifin əsərdə hansı rənglərdən nə üçün istifadə etdiyini araşdırmaq da bu sıraya daxildir. Hətta hər həftə nadir terminlərin mənşəyini, yaxud rənglərin yaranma tarixini öyrənmək də bir niş hobbidir. Qısacası, bir fəaliyyətin və ya məhsulun "niş" olması onun kütləvilikdən uzaq durmasından, özünəməxsusluğundan və müəyyən intellektual hazırlıq tələb etməsindən irəli gəlir.


Samirə Allahverdizadə

#azərbaycan #necə #seçimi: #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər