“Xəzər dənizi üzərindən daşımaların əhəmiyyəti kəskin artır”
“Xəzər dənizindən keçən mühüm nəqliyyat arteriyalarının uğurlu fəaliyyəti regiondakı bütün ölkələrin maraqlarını təsir altına alır və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, Xəzər dənizindən keçən nəqliyyat marşrutları region üçün əhəmiyyəti dəniz üzərindən formalaşan nəqliyyat dəhlizləri son illərin geosiyasi iqtisadi və ticari baxımından ən vacib strateji xəttinə çevrilib:
“Bunun bir neçə səbəbi var. Əvvəla şərq və qərbi birləşdirən ən qısa alternativdir. Çin, Orta Asiya, Azərbaycan, Gürcüstan, Avropa xəttidir. Dünya ticarətini sürətləndirən ən təhlükəsiz marşrutlardan biridir. Rusiya üzərindən keçən marşrutlarda yüklərin artması fonunda Xəzər Dənizi üzərindən daşımaların əhəmiyyəti daha da yüksəlib. Region ölkələri üçün yeni marşrutlar ixracı təmin edir. Eyni zamanda, Avropa üçün etibarlı və siyasi bir riskləri az olan alternativ bir yük marşrutu yaradır.Sürətli inteqrasiyada genişlənmə dövrü kimi xarakterizə edilir. Əsas tendensiyalar isə limanların modelləşdirilməsi vacib məsələlərdən biridir. Bakı dəniz ticarət limanı regionun ən böyük və müasir limanına çevrilib. İllik təxminən 25 milyon ton potensiala malikdir. Vahid tarif siyasətinə keçid artıq düşünülür. Azərbaycan, Qazaxıstan, Gürcüstan arasında dəqiqləşdirilmiş tariflər tətbiq olunur. Bu daşıma xərclərini azaldır,dəhlizin rəqabətliyini artırır. Ümumi olaraq Xəzər marşrutu artıq marşrutların sadəcə regional bir yol deyil, Avropa-Asiya ticarətinin strateji bir arteriyasıdır. Hazırda əməkdaşlıq, modelləşmə, rəqəmsallaşma, inteqrasiya mərhələsindədir. Yaxın illərdə də Xəzər regionu qlobal logistikanın əsas mərkəzlərindən birinə çevriləcək”.
Nuray Əliyeva
